Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfrans keçirilib.
APA xəbər verir ki, konfransda elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın prezidenti İsa Həbibbəyli, AYB-nin sədri Anar Rzayev, Audiovizual Şuranın sədri İsmət Səttarov, deputatlar və digərləri iştirak edib.
Konfransda Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağında Azərbaycan dili, terminologiya və toponimiya ilə əlaqədar irəli sürdüyü tələblər və vəzifələrə dair müzakirələr aparılıb.
***
10:31
Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfrans keçirilir.
APA xəbər verir ki, konfransda elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın Prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev, Audiovizual Şuranın sədri İsmət Səttarov, deputatlar və digər rəsmilər iştirak edir.