Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfrans keçirilib..
Poliqon xəbər verir ki, konfransda elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın prezidenti İsa Həbibbəyli, AYB-nin sədri Anar Rzayev, Audiovizual Şuranın sədri İsmət Səttarov, deputatlar və digərləri iştirak edib.
Konfransda Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağında Azərbaycan dili, terminologiya və toponimiya ilə əlaqədar irəli sürdüyü tələblər və vəzifələrə dair müzakirələr aparılıb.
***
Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfrans keçirilir.
Poliqon xəbər verir ki, konfransda elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın Prezidenti İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev, Audiovizual Şuranın sədri İsmət Səttarov, deputatlar və digərləri iştirak edir.
Poliqon.info