EN

Azərbaycanda boşanma dağlası 3 4 ilə bitəcək, küyə düşüb ayrılanlar... Psixoloq

Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Azərbaycanda boşanma dağlası 3-4 ilə bitəcək”.

Ölkə.Az xəbər verir ki, bu sözləri psixoloq Nizami Orucov rəqqasə Rəna Ağamuradovanın (Renka) boşanmaq barədə çıxışından danışarkən deyib.

O, rəqqasənin “İndiki ağlım olsaydı, boşanmazdım. Mən uşaqlarıma ata və ana ola bilmirəm” çox çətindir” sözləri barədə bunları söyləyib:

“Tamamilə doğrudur. Hesablamalarıma görə, boşanma dağlası yəqin ki, 3-4 ilə bitəcək. Bir çox millətlər bu yolu geri gəlir, biz isə yeni gedirik. Hay-küy, qaza gəlmək, o, bu... Adam sakitləşməli olur. Azərbaycanda boşanma dalğası bitəndən sonra - haqqı ilə boşanan qadınları nəzərdə tutmuram, hay-küyə gəlib boşanan bir çox qadınlara xanımın dediyim çatacaq - ya bunu cəsarətləri çatıb etiraf edəcəklər, ya da gecə başlarını yastığa qoyub ağlayanda dərk edəcəklər. 

Öz gözümlə görməyib, qulağımla eşitməsəydim, bunu deməzdim. Dağılmayacaq və dağılmamalı olan ailədə rəfiqələri xanımın başını necə yeyiblər? “Ay qız, boşan getsin, rədd elə getsin” deyərək, dominant, qızını buraxmaq istəməyən analar, hikkəli “ölməmişik ki, arxandayam”cümləsi ilə. Bu cümlə qıza dəstək məqsədi daşımır. Ağlı başında olan adamlar bu incə fərqi başa düşürlər. Dəstək başqa şeydir. 

Sizə qəribə gələ bilər, bu, zarafat deyil. Bir çox qadın başa düşəcək ki, ər nə idi, ata nə idi, övlad-kişi münasibətləri nə idi. Başa düşəcəklər, amma gec olacaq. Çünki yıxılan yuvanı bərpa etmək, hər oğulun, hər qızın işi deyil. Bəlkə də bundan sonra hələ evli olanlar, evlənməyə hazır olan kişilər, qadınalar başa düşəcək ki, nə doğrudur, nə səhvdir, həyatın reallığı nədir. 

Bu həyat ləzzət üzərində qurularkən, mənəviyyat məhv olub gedir. Bu, Antaliyada rəfiqə ilə istirahət etməklə, İtaliyada bir parti ilə və ya bir qədəh çaxırla doldurula bilməz.

Hazırda ideoloji mübarizələr və müharibələr gedir. Buna görə də mənəviyyatdan və ruhun tələbatlarından möhkəm tutun. Əks halda nə olacağını bilirsiniz”,- deyə o əlavə edib.

Billurə Yunus

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
1
olke.az

2Sources