EN

Bakıda 1 həftəlik kino festivalı keçirilir

Yazını böyüt
Yazını kiçilt

“Dekabrın 5-11-də Bakı şəhərində “Yaradıcı Sənayilər Həftəsi” çərçivəsində “Baku Cinema Breeze - 2025” beynəlxalq kino festivalı təşkil olunur. Festivalda 50-dən çox ölkədən 300-dən artıq nümayəndə iştirak edir”.  

Hafta.az xəbər verir ki, bu sözləri Kino Agentliyinin baş direktoru Rəşad Əzizov “İƏT Yaradıcı Həftə 2025”in rəsmi açılış mərasimi zamanı jurnalistlərə açıqlamasında bildirib. 

O qeyd edib ki, festival çərçivəsində animasiya, sənədli və bədii filmlərin nümayişi, həmçinin müxtəlif ölkələrin kino günləri keçirilir:

“Bu, tamaşaçılar üçün həm yerli, həm də xarici kino tendensiyalarını yaxından izləmək imkanı yaradır. Tədbir həmçinin yeni koproduksiyalar, distribusiya imkanları və beynəlxalq əməkdaşlıqların müzakirəsi üçün vacib platforma rolunu oynayır. Festivalın məqsədi regional kino bazarının inkişafına töhfə verərək Azərbaycanı Türk dünyasının kino mərkəzlərindən birinə çevirməkdir. 6 dekabrda “Boşuluğa Xütbə” filminin Bakıda premyerası keçirilib. Festivalın son günü - 11 dekabrda isə “Kür Çaylar Anası” filminin premyerası baş tutacaq”.

Chosen
3
2
hafta.az

3Sources