EN

“Qəbələ”nin fransalısı “Turan Tovuz”la matçı buraxacaq

Azərbaycan Premyer Liqasının XV turunda “Turan Tovuz”u qəbul edəcək “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze 2 futbolçunun xidmətindən məhrumdur.

Msport.az xəbər verir ki, müdafiəçi Murad Musayev cəzalı durumdadır.

Fransalı yarımmüdafiəçi Jondo Fuks isə zədə səbəbindən qarşılaşmanı kənardan izləyəcək.

Qeyd edək ki, “Qəbələ” – “Turan Tovuz” görüşü bu gün keçiriləcək. Matçın start fiti 17:00-da səsləndiriləcək. Hazırda 24 xalı olan qərb təmsilçisi MPL-in turnir cədvəlində 4-cü, 8 xala malik Qəbələ komandası isə 10-cu pillədə mövqe tutub.

Chosen
6
2
msport.az

3Sources