EN

Alhoucine Rhazoui: Azərbaycan müsəlman dünyasında ən dinamik və strateji əhəmiyyətli ölkələrdən biri kimi fərqlənir

Bakı, 8 dekabr, AZƏRTAC

“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” müsəlman dünyasının müxtəlif ölkələrindən yaradıcı istedadları bir araya gətirən nadir platformadır. Həmçinin yaradıcı sənayelərin İƏT-ə üzv dövlətlərinin dayanıqlı inkişaf gündəliyində artan strateji rolunu vurğulamaq baxımından xüsusi əhəmiyyət daşıyır.

Bunu AZƏRTAC-a açıqlamasında İslam Əməkdaşlıq Təşkilatının Baş katibliyində mədəniyyət işləri direktoru Alhoucine Rhazoui deyib.

Onun sözlərinə görə, Azərbaycan müsəlman dünyasında ən dinamik və strateji əhəmiyyətli ölkələrdən biri kimi fərqlənir.

“Azərbaycanda sənət və yaradıcılığın inkişafı, kino və teatr sahələrində göstərdiyi liderlik, eləcə də süni intellektin incəsənətə tətbiqi istiqamətində atdığı innovativ addımlar xüsusilə diqqətəlayiqdir. Bu festivalın birgə təşkili Azərbaycanın bu sahədəki lider mövqeyinin və əməkdaşlığımızın təbii, eyni zamanda, yüksək dəyər verdiyimiz bir tərəfdaşlığın ifadəsidir. Əminik ki, tədbir bütün müsəlman dünyasında yaradıcı sənayelər sahəsində daha güclü, daha strateji və daha innovativ əməkdaşlığa yeni impuls verəcək”,- deyə Alhoucine Rhazoui əlavə edib.

 

 

Chosen
58
2
azertag.az

3Sources