EN

Dursun Güləryüz: Son illər Azərbaycanda yerli kanalların reytinq göstəriciləri artıb

Bakı, 8 dekabr, Günel Türksoy, AZƏRTAC

İƏT Mədəniyyət Festivalına türk serialları və digər televiziya verilişlərinin dünya miqyasında hansı səviyyədə olması, hansı məlumatların haradan toplandığı və nəticələrin haradan əldə edildiyi kimi bilgiləri bölüşmək üçün gəlmişəm. İştirak edəcəyim panel müzakirəsində daha çox kino haqqında danışılacaq. Ancaq kino, müasir televiziya serialları və digər rəqəmsal məhsullar kontent baxımından bir-birinə yaxındır. Mən də Türkiyənin bu sahədəki təcrübəsini bu festivaldakı müzakirələrdə dilə gətirəcəyəm.

Bunu AZƏRTAC-a müsahibəsində İƏT Mədəniyyət Festivalının iştirakçısı, Türkiyədə televiziya reytinqlərini müəyyən edən şirkət rəhbəri Dursun Güləryüz deyib.

D. Güləryüz Azərbaycanda da televiziya verilişlərinin reytinqini müəyyənləşdirən şirkətlərin olduğunu qeyd edərək bildirib ki, həmin şirkətlərlə qarşılıqlı şəkildə faydalı əməkdaşlıq edirlər: "Bu gün Azərbaycanda televiziyaların reytinqlərinin müəyyən edilməsi yaxşı səviyyədədir. Nəticə etibarilə reklam verənlər də, gəlir götürənlər də hazırda bunu görürlər. Qazanc artdıqca kontent zənginləşir, sektor daha da böyüyür. Bu həmçinin kino sahəsinə də sirayət edir".

D. Güleryüz Azərbaycan televiziyalarını izlədiyini, bir neçə il əvvəl bəzi televiziya kanallarının qonağı da olduğunu xatırladıb. Qeyd edib ki, son illər Azərbaycanda yerli kanalların reytinq göstəriciləri artıb. Bu baxımdan milli kanallara baxışın yüksəlməsi müsbət haldır.

Chosen
84
azertag.az

1Sources