EN

Azər Rəşidoğlundan Suada Qarayevaya SƏRT TƏPKİ

Jurnalist Azər Rəşidoğlu sosial şəbəkədə Suada Qarayevanın fəaliyyətini tənqid edən paylaşımı ilə gündəmə gəlib.

O, paylaşımında XII əsrin görkəmli Azərbaycan şairəsi və sufi düşüncəsinin nümayəndəsi Məhsəti Gəncəvinin irsini vurğulayaraq, onun adının müasir dövrdə şou xarakterli fəaliyyətlə məşğul olan şəxslərlə müqayisə olunmasının düzgün olmadığını bildirib.

Rəşidoğlu qeyd edib ki, Məhsəti Gəncəvi sufi Əxi təriqətinin üzvü, Əxi Evrənin ardıcılı və Azərbaycan mədəniyyətinin fəxri kimi tarixdə yer alıb. Jurnalistin fikrincə, sosial şəbəkələrdə Suada Qarayevanın bəzi kadrlarla gündəmə gətirilməsi və geniş şəkildə müzakirə olunması cəmiyyətin mədəni prioritetləri ilə ziddiyyət təşkil edir.

Paylaşımda Rəşidoğlu Suada Qarayevanın populyarlığının əsasən sosial media təsirindən qaynaqlandığını bildirərək, onun Azərbaycan mədəniyyətinə və dəyərlərinə nə dərəcədə bağlı olub-olmamasının müzakirə mövzusu olduğunu vurğulayıb.

Jurnalistin statusu qısa müddətdə sosial şəbəkələrdə geniş rezonans doğurub, müxtəlif müzakirələrə səbəb olub.

Chosen
19
news365.az

1Sources