Qərbi Azərbaycan əyalətinin Sayınqala (Şahindej) şəhərində minik avtomobilindən 170 kiloqram narkotik maddə olan tiryək aşkarlanaraq götürülüb.
Â
7Times.az xəbər verir ki, bu barədə əyalətin polis rəisi Rəhim Cahanbəxş məlumat yayıb.
Â
Onun sözlərinə görə, əməliyyat zamanı 3 narkotik maddə qaçaqmalçısı həbs edilib.
Â
Cahanbəxş narkotik yükünün ölkənin cənubundan gətirildiyini və xaricə ötürüməsi planlaşdırıldığını bildirib.