EN

Nazir müavini: Strategiyamız süni intellektin tələbinə cavab verən kadrlar hazırlamaqdır

Süni İntellektin müsbət cəhətləri ilə yanaşı, mənfi təsirləri də var və mənfi təsirlər ilk növbədə ekologiyaya sahəsində özünü büruzə verir.

Ölkə.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.

Nazir müavininin sözlərinə görə, Süni İntellektlə yaradılan data mərkəzləri ekologiyaya ciddi təsir edir. “Əgər bir neçə il öncə cəmi 500 min data mərkəzi fəaliyyət göstərirdisə, artıq bu 8 milyonu keçib. Bu mərkəzlər də çox enerji istifadə edir. Hazırda dünyada istifadə olunan enerjinin 35 faizini təşkil edir. Digər tərəfdən kompüter istehsalı üçün xeyli miqdarda xammala ehtiyac var ki, bu da öz növbəsində ekologiyaya ciddi ziyan vurur. Bu getdikcə daha da artacaq”, - o vurğulayıb.

O əlavə edib ki, Süni İntellektin inkişaf tendensiyasını nəzərə alan Elm və Təhsil Nazirliyinin əsas strategiyası bu tələblərə cavab verən kadrların hazırlanmasıdır: “Bununla yanaşı, bu istiqamətdə elmi araşdırmalar aparılır. Süni İntellektlə bağlı  orta məktəblərdə ən müxtəlif layihələr hazırlanıb həyata keçirilir və onlara bu barədə məlumatlar verilir”.

Mürtəza

Chosen
40
50
olke.az

10Sources