EN

“Avropa İttifaqında həqiqi siyasi liderlər yoxdur” İtaliya XİN başçısı

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Avropa İttifaqında həqiqətən də güclü liderlik yoxdur. Ona görə də hazırkı vəziyyətində bu təşkilat digər əsas oyunçularla bərabər səviyyədə ola bilməz”.

525.az xəbər verir ki, bunu İtaliya Baş nazirin müavini və xarici işlər naziri Antonio Tayani deyib.

“Bizim bacarıqlı milli liderlərimiz var, amma Alçide  de Qasperi  (İtaliyanın keçmiş Baş naziri), Helmut Kol (Almaniyanın keçmiş kansleri)  və ya Fransua Mitteran (Fransanın keçmiş prezidenti) kimi əsl Avropa liderliyi yoxdur.

Hər kəs irəli addım atmalı və milli liderlərin hüdudlarında qalmamalı, daha geniş bir layihə çərçivəsində düşünməlidir. Avropa indiki təşkilatı ilə digər əsas qlobal oyunçularla bərabər səviyyədə ola bilməz”, - XİN başçısı bildirib.

Əlavə edib ki, Aİ bürokratik deyil, daha çox siyasi birlik olmalıdır. O, həmçinin Avropa Komissiyası və Avropa İttifaqı Şurası rəhbərlərinin rollarının birləşdirilməsini, bu vəzifəyə namizədin vətəndaşlar tərəfindən seçilməsini təklif edir.

Nazir əmindir ki, ABŞ Avropanın əsas strateji tərəfdaşı olaraq qalacaq.

Pərvanə Sultanov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
30
525.az

1Sources