EN

Azərbaycan sülh prosesində həlledici rolunu davam etdirir AÇIQLAMA

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Azərbaycan sülh prosesinin inkişafı və regionda dayanıqlı sabitliyin formalaşması istiqamətində kifayət qədər önəmli addımlar atıb. Ermənistanla aparılan sülh danışıqlarında əldə olunan müsbət tendensiya Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilir".Bunu Demokrat.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.O, bildirib ki, Ermənistan öhdəliklərini yerinə yetirmə istiqamətində bəzi pozitiv meyllər göstərsə də, Zəngəzur dəhlizi ilə bağlı konkret addımlar atılmır:"Bunun arxasında geosiyasi gözləntilər durur. Lakin bölgədə yaranmış yeni geosiyasi reallıqlar və iqtisadi inkişaf perspektivləri Azərbaycan üçün mövqeyini gücləndirmək imkanı yaradır".Siyasi şərhçi bildirib ki, Azərbaycan artıq müharibəni başa çatmış hesab edir və qarşısına yeni geosiyasi hədəflər qoyur:"Ölkə iqtisadi imkanlarını artırmaq və mövqeyini möhkəmləndirmək üçün diplomatik fəaliyyətini davam etdirir. Növbəti illərdə sülh sazişinin imzalanması üçün real zəmin mövcuddur, Vaşinqton bəyannaməsinin imzalanması sülh prosesinə müsbət təsir göstərib. Üçüncü tərəflərin prosesə müdaxiləsi ehtimalı olsa da, Azərbaycan bu təhdidləri neytrallaşdırmaq imkanına malikdir. Beləliklə, ölkə sülh gündəminin formalaşmasında və inkişafında həlledici rol oynayan tərəf kimi bundan sonrakı mərhələləri də uğurla idarə edə bilər".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
demokrat.az

1Sources