Dekabrın 9-da geomaqnit şəraiti xeyli pisləşəcək. G2.7 maqnit qasırğasının Yer kürəsini vurma ehtimalı 96% təşkil edir.
Â
Ekologiya.az xəbər verir ki, bu barədə Rusiyanın Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.
Â
Proqnoza görə, həmin gün Yerin maqnitosferi maqnit qasırğası içində olacaq. Bu müddət ərzində narahatlıq səviyyəsi demək olar ki, G3 (güclü) həddinə çatacaq.
Â
Bundan əlavə, növbəti gün, dekabrın 10-da 70% ehtimalla G1 sinifli maqnit qasırğası proqnozlaşdırılır.