EN

Fənərbaxça nın ulduz futbolçusu heyətdən qovuldu

Metbuat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Super Liqada "Başakşehir"lə səfərdə 1-1 hesablı heç-heçədən sonra "Fənərbaxça"da diqqətçəkən hadisə müşahidə edilib.

Metbuat.az xəbər verir ki, "Fənərbaxça"nın futbolçusu Rodriqo Bekao heyətdən çıxarılıb. Bu barədə klubdan açıqlama verilib. Bildirilib ki, məşqçi Domeniko Tedesko və klub nümayəndələri futbolçunu heyətdən çıxarmaq qərarına gəliblər. “Fanatik” qəzetinin məlumatına görə, Rodriqo Bekaonun heyətdən çıxarılma qərarı texniki heyət və idarə heyətinin iclasından sonra birgə qərarla qəbul edilib.

Qeyd edək ki, braziliyalı müdafiəçi bu mövsüm "Fənərbaxça"da cəmi altı dəqiqə oynayıb. Rodriqo Bekao iki il əvvəl "Udineze"dən "Fənərbaxça"ya 8,3 milyon avroya transfer olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
31
1
metbuat.az

2Sources