EN

Qasparyan Solovyovun efirində HƏDDİNİ AŞDI: Zir-zibillərə rəhm etməyin – VİDEO

Rusiyalı təbliğatçı efirdə dinc sakinlərin ölümünə bəraət qazandırıb, onları “təmizləməyə” çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Armen Qasparyan Vladimir Solovyovun verilişində səsləndirdiyi fikirlərlə növbəti dəfə qalmaqal yaradıb.

O, “Çerniqovda hansısa Qalyanın ölməsində (orijinalda təhqiramiz ifadə işlədilib – red.) qorxulu heç nə yoxdur” deyərək, dinc sakinlərin həyatına qarşı laqeydliyini nümayiş etdirib.

Təbliğatçı açıq şəkildə dinc əhaliyə rəhm etməməyə, əraziləri “zir-zibildən” təmizləməyə çağırıb.

Onun sözlərinə görə, Putin Maydan hadisələri zamanı “başına qazan keçirənləri” deyil, yalnız rusları düşünməlidir.

Qasparyanın məntiqinə əsasən, mülki vətəndaşların ölümü onların şəxsi problemidir və etdikləri “yanlış siyasi seçim” üçün ədalətli cəzadır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
37
interpress.az

1Sources