7 aylıq körpə həyatını itirib.
Xezerxeber.az xəbər verir ki, bədbəxt hadisə Sumqayıtda baş verib.
Məlumata görə, ötən gün günorta saat 3 radələrində şəhərdə yaşayan 7 aylıq Alidə Nurlan qızı Vəlizadənin vəziyyəti gün ərzində qəfil pisləşib. Yüksək hərarət qısa müddətdə nəzarətdən çıxıb və bütün cəhdlərə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Hadisə ailəni dərin sarsıntıya salıb. Qonşular da bu hadisədən dərin sarsıntı keçirdiklərini deyir.
Sumqayıt Tibb Mərkəzindən “Xəzər Xəbər”ə bildirilib ki, saat 13:30 radələrində azyaşlı Uşaq Xəstəxanasına gətirilib. Amma onun xəstəxanayaqədər ölüm faktı qeydə alınıb. Hadisə ilə bağlı müvafiq qurumlara məlumat verilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.