EN

Putin Trampın təklifini rədd etdi

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə Ukraynanın bir hissəsinin verilməsini nəzərdə tutan sülh planı təqdim edib.

Globalinfo.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

Nəşrin yazdığına görə, bu təklif Ukraynanın müstəqilliyini ciddi təhlükə altına qoya və ABŞ ilə Avropa müttəfiqləri arasında birliyin zəifləməsinə səbəb ola bilərdi.

Moskva isə bu təklifi rədd edib. Prezident Vladimir Putin Trampa bildirib ki, Rusiya döyüşləri davam etdirərək daha çox nailiyyət əldə edəcək. Beləliklə, Kreml Vaşinqtonun təqdim etdiyi alternativə baxmayaraq, hərbi yola üstünlük verib.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
42
50
globalinfo.az

10Sources