EN

Bratislavada Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi və...TƏKBƏTƏK GÖRÜŞ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 8-də Slovakiyanın paytaxtı Bratislavada rəsmi qarşılanma mərasimi olub.

 

Senzor.az bildirir ki, Prezident Sarayında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

 

Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirilib.

 

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

 

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

 

Azərbaycanın nümayəndə heyətinin üzvləri Prezident Peter Pelleqriniyə, Slovakiyanın nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim edilib.

 

Dövlət başçıları birgə foto çəkdiriblər.

 

Prezident İlham Əliyev xatirə kitabını imzalayıb.

 **

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək görüşü olub.

Chosen
26
42
senzor.az

10Sources