Turistlər xəbərdarlıqlara baxmayaraq sahilə yaxınlaşıblar.
QHT.az xəbər verir ki, İspaniyanın Tenerife adasında Los Gigantes qayalıqları yaxınlığında qəfil yüksələn güclü dalğa təbii hovuzdakı turistləri dənizə ataraq üç nəfərin ölümünə, bir neçəsinin isə yaralanmasına səbəb olub. Hadisə ekstremal dalğa xəbərdarlığı qüvvədə olduğu vaxt baş verib və dalğaların hündürlüyünün bəzi yerlərdə beş metrə çatacağı əvvəlcədən bildirilmişdi. CECOES dəniz və tibbi helikopterlər də daxil olmaqla genişmiqyaslı xilasetmə əməliyyatı həyata keçirib, lakin əlavə itkinlərlə bağlı məlumat təsdiqlənməyib. Yerli hakimiyyət orqanları turistləri sahil boyunca ehtiyatlı olmağa çağırsa da, mer Emilio Navarro bildirib ki, bəzi turistlər polis tərəfindən qurulan maneələri aşaraq təhlükəli əraziyə daxil olublar.
Hadisə son illərdə turistlərin təhlükə xəbərdarlıqlarına məhəl qoymaması səbəbilə baş verən oxşar faciələri yenidən gündəmə gətirib.
R.İmanov