EN

Tramp Meksikanı əlavə rüsumlar tətbiq etməklə hədələyib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Meksikanın su təchizatı ilə bağlımüqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün bu ölkəyə qarşı 5faiz rüsum tətbiq edəcəyini bəyan edib.

Trend xəbər verir ki, Amerikalideri bunu "Truth Social" hesabında yazıb.

"Hazırda Meksika ABŞ-nin sorğularına cavab vermir və bu, suyaciddi ehtiyacı olan amerikalı fermerlər üçün ədalətsizlikdir. Bunagörə də əgər su dərhal təmin olunmasa, Meksikaya 5 faizlik tariftətbiq etməyə imkan verən sənədləri hazırlamışam", – Trampbildirib.

"The Washington Post" daha əvvəl yazmışdı ki, Meksika özünün dəquraqlıqla üzləşdiyi üçün uzun illərdir müqavilə şərtlərini pozaraq"ABŞ-yə su tədarükünə müqavimət göstərir".

Qeyd edək ki, 1944-cü il müqaviləsinə əsasən, Meksika hər beşildən bir ABŞ-yə Rio-Qrande hövzəsindən təxminən 2,2 milyardkubmetr su ötürməli, ABŞ isə bunun əvəzində Kolorado çayından 1,8milyard kubmetr suyu Meksikaya yönəltməli idi.

Chosen
50
2
az.trend.az

6Sources