ABŞ Prezidenti Donald Tramp Meksikanın su təchizatı müqaviləsini pozması səbəbindən ona qarşı 5% həcmində rüsum tətbiq edəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə "Truth Social"da yazıb.
"Hazırda Meksika (ABŞ-ın sorğularına - red.) cavab vermir və bu, zəruri suya ehtiyacı olan amerikalı fermerlərə qarşı ədalətsizlikdir. Buna görə də əgər bu su dərhal təmin olunmazsa, Meksikaya 5 faizlik tarif tətbiq etməyə imkan verən sənədləri hazırlamışam", - deyə Tramp bildirib.
Xatırladaq ki, 1944-cü ildə bağlanmış müqaviləyə əsasən, Meksika hər beş ildən bir ABŞ-a Rio-Qrande çayının hövzəsindən təxminən 2,2 milyard kubmetr su ötürməyi, ABŞ isə əvəzində Kolorado çayından 1,8 milyard kubmetr suyu Meksikaya yönəltməyi öhdəsinə götürüb.