EN

Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir – ŞƏRH

Bakı. Trend:

Azərbaycan son illərdə regional və qlobal proseslərdə mühümaktora çevrilib. Ölkəmizin beynəlxalq nüfuzu, tərəfdaşlıq şəbəkəsivə iqtisadi-siyasi çəkisi günü-gündən artmaqdadır. Bu yüksəlişPrezident İlham Əliyevin uzunmüddətli strateji vizyonu, praqmatiksiyasəti və qlobal trendlərə adekvat yanaşması ilə birbaşabağlıdır. Prezident İlham Əliyevin dekabrın 8-də Slovakiyaya ilkrəsmi səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezidentİlham Əliyevin səfəri iki ölkə arasında münasibətlərin yenimərhələyə qədəm qoyduğunu göstərir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatıSəbinə Salmanova deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin slovakiyalıhəmkarı ilə keçirdiyi təkbətək və geniş tərkibdə görüşlər, rəsmibəyanatlar göstərdi ki, tərəflər qarşıdakı illərdə stratejiəməkdaşlığı genişləndirməkdə qərarlıdır:

“Azərbaycan ilə Slovakiya arasında münasibətlər son illərdədinamik şəkildə inkişaf edir və müxtəlif sahələri əhatə edənəməkdaşlıq gündəliyi formalaşır. İki ölkə arasında diplomatikmünasibətlər qurulduğu gündən bəri siyasət, müdafiə, iqtisadiyyat,enerji, humanitar və mədəni sahələrdə əməkdaşlıq genişlənməkdədir.Eyni zamanda, ölkələr arasında münasibətlər qarşılıqlı hörmətə,bərabər tərəfdaşlığa və səmimi dialoqa əsaslanır. Hər iki ölkəbeynəlxalq hüququn prinsiplərinə sadiqlik nümayiş etdirirlər.Slovakiya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə daimhörmətlə yanaşan ölkələrdən biridir. Bu ilin noyabrın 8-də BakınınAzadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünəhəsr olunmuş Hərbi paradda Slovakiya Baş nazirin müavini və müdafiənaziri Robert Kalinakın iştirakı bunun növbəti bariz nümunəsidir.Prezident İlham Əliyev də slovakiyalı həmkarı ilə mətbuatabəyanatında bu məsələyə xüsusi toxundu və paradda iştiraka görəSlovakiya dövlətinə və hökumətinə minnətdarlığını ifadə etdi.Prezident İlham Əliyev söylədi ki, bu kimi jestlər bir daha onugöstərir ki, biz, sözün əsl mənasında, dost ölkələrik”.

Deputat qeyd edib ki, Azərbaycan son illər enerji sahəsindəfəaliyyətini genişləndirərək həm bölgədə, həm də Avropada mühüm qazixracatçısına çevrilib:

“Ötən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya çatdırılıb.Bu, iki ölkə arasında enerji əməkdaşlığının da genişləndiyini vəAzərbaycanın Avropa bazarında mövqeyinin gücləndiyini göstərir.Ölkəmiz həm də boru kəmərləri vasitəsilə qaz ixrac edən dövlətlərarasında ön sırada dayanır. Hazırda Azərbaycan qazını alanölkələrin sayı 14-ə çatıb. Bizim ümumi qaz ixracımız isə 25 milyardkubmetrdir. Bunun da yarısı Avropaya göndərilir. Avropa İttifaqının8 üzv dövləti Azərbaycan qazı alır. Azərbaycanın qaz sənayesiinkişaf etdikcə ölkəmizin ixrac imkanları və beynəlxalq əməkdaşlığıdaha da genişlənir. Bu proses Azərbaycanın regionda və Avropada həmdə etibarlı enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirir”.

S.Salmanova bildirib ki, Prezident İlham ƏliyevinSlovakiyaya rəsmi səfəri bir daha onu göstərdi ki, Azərbaycanmüasir geosiyasi reallıqlar şəraitində etibarlı tərəfdaş, sözünə vəöhdəliklərinə sadiq dövlət kimi qəbul edilir:

“Beləliklə, Bratislavadakı görüşlər, aparılan danışıqlar vəsəslənən mesajlar həm Azərbaycan–Slovakiya əlaqələrinin inkişafınayeni impuls verir, həm də ölkəmizin xarici siyasət xəttinineffektivliyini bir daha nümayiş etdirir. Hesab edirəm ki, buəməkdaşlıq modeli qarşıdakı dövrdə müdafiə, iqtisadi, siyasi,enerji, nəqliyyat və humanitar sahələrdə daha geniş perspektivlərinaçılacağına əminlik yaradır. Prezident İlham Əliyevin həyatakeçirdiyi ardıcıl və uzaqgörən siyasət sayəsində Azərbaycanbeynəlxalq müstəvidə mövqelərini daha da gücləndirir və tərəfdaşlıqşəbəkəsini genişləndirməyə davam edir”.

Chosen
54
6
az.trend.az

10Sources