EN

Malayziya şirkəti ilə nəqliyyat sahəsində birgə layihələr icra ediləcək

Azərbaycan Malayziyanın Khazanah Nasional Berhad şirkəti ilə nəqliyyat və şəhər mobilliyi sahələrində əməkdaşlığı müzakirə edib.

"APA-Economics" xəbər verir ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev Malayziyada Khazanah Nasional Berhad şirkətinin icraçı direktoru Amirul Feisal Wan Zahirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı təcrübə mübadiləsinin həyata keçirilməsi, nəqliyyat və şəhər mobilliyi sahələrində birgə potensial layihələrin icrası məqsədilə əməkdaşlıq imkanları müzakirə edilib.

Malayziya Malayziya
Chosen
81
1
apa.az

2Sources