EN

Məcnun Məmmədov idarə rəisi işdən çıxardı - Direktor əvəzi təyin etdi

Kənd Təsərrüfatı Nazirliyinin "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin Abşeron Regional İdarəsinin rəisi işdən çıxarılıb. 

Qaynarinfo-nun məlumatına görə, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə Abdullayev Mühasir İmam oğlu vəzifəsindən azad olunaraq, "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin direktor əvəzi təyin edilib. 

Qeyd edək ki, ötən ay Abbasov Fəda Əli oğlu "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin direktoru vəzifəsindən azad olunmuşdu.
 

Chosen
11
10
hit.az

10Sources