Almaniya kansleri Fridrix Merts və bir neçə digər Avropa lideri Ukrayna Prezidenti Vladimir Zelenskini aydın təhlükəsizlik zəmanətləri olmadan ABŞ sülh planının şərtlərinə razılaşmamağa çağırıblar.
"Operativ Məlumat Mərkəzi-OMM" "The Wall Street Journal" (WSJ) qəzetinə istinadən xəbər verir ki, bu məsələ ötən həftə Zelenski ilə Avropa liderləri arasında telefon danışığı zamanı müzakirə edilib.
Söhbətdə iştirak edən digər avropalı liderlərin adları açıqlanmayıb.
Avropa liderləri vurğulayıblar ki, ABŞ sülh müqaviləsində Moskvanın Kiyevlə münaqişəni yenidən başlatmasının qarşısını ala biləcək zəmanətlər dəqiq göstərilməlidir.