EN

Nazirlər Kabinetinin Milli Məclisə hesabat verməsi ilə bağlı yeni QƏRAR

Bakı. Trend:

Nazirlər Kabinetinin Milli Məclis qarşısında hesabat verəcəyitarixdə dəyişiklik ediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan “Azərbaycan Respublikasının Milli MəclisininAzərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsininhəll edilməsi hüququnun əlavə təminatları haqqında” KonstitusiyaQanununda dəyişiklik edilməsi barədə konstitusiya qanunununlayihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, Nazirlər Kabineti hər ilMilli Məclisinin yaz sessiyasının beşinci iclasındaNazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verir.

Layihəyə əsasən, Nazirlər Kabineti hər il martın 31-dəkMilli Məclisin yaz sessiyasında Nazirlər Kabinetininfəaliyyəti haqqında hesabat verəcək.

Konstitusiya qanununun layihəsi müzakirələrdən sonra 2-cisəsvermədə qəbul olunub. 1-ci səsəvermə Milli Məclisin 2025-ci ilyaz sessiyasında keçirilib.

“Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinintəsdiq edilməsi haqqında” Qanunda da analoji dəyişiklik təklifedilib.

Qanun layihəsi səsverməyə qoyularaq biroxunuşda qəbul edilib.

Chosen
85
2
az.trend.az

3Sources