EN

Sabahın hava proqnozu açıqlanıb

Bakı. Trend:

Azərbaycanda dekabrın 10-a gözlənilən hava proqnozuaçıqlanıb.

Trend bu barədə Milli HidrometeorologiyaXidmətinə istinadən məlumat verir.

Bildirilib ki, Abşeron yarımadasında və Bakı şəhərində dekabrın9-u axşamdan 11-i gündüzədək arabir leysan xarakterli yağışyağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Dekabrın 10-da gün ərzində ayrı-ayrı yerlərdə yağışın aramsız vəgüclü olacağı ehtimalı var.
Gözlənilən intensiv və güclü yağıntılarla əlaqədar bəzi ərazilərdəsubasma halları istisna olunmur.

Azərbaycanın rayonlarında dekabrın 9-u axşamdan 11-i axşamadəkfasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıqərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysanxarakterli intensiv olacağı, Quba-Qusar, Mərkəzi Aran,Lənkəran-Astara bölgəsinin bəzi yerlərində isə yağıntının bir qədərdə güclənəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli selkeçəcəyi ehtimal olunur.

Chosen
14
16
az.trend.az

10Sources