EN

AGM-114R2 “Hellfire” raketlərinin Belçikaya satışı təsdiqlənib

ABŞ Dövlət Departamenti 79 milyon dollar dəyərindəki AGM-114R2 “Hellfire” raketlərinin Belçikaya satışını təsdiqləyib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, sifarişə 240 ədəd “hava-yer” tipli AGM-114R2 “Hellfire” raketinin satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sifarişin əsas podratçısı rolunda ABŞ-ın “Lockheed Martin” şirkəti çıxış edəcək.

Chosen
44
poliqon.az

1Sources