EN

Fransanın sabiq prezidenti həbsxana həyatından yazdı:”Bura dəhşətlidir”

Vətəninfo.az xəbər verir ki, Fransanın keçmiş prezidenti Nikola Sarkozi dekabrın 10-da işıq üzü görəcək “Məhkumun gündəliyi” kitabında Parisdəki “Santey” həbsxanasında keçirdiyi günlərdən danışıb. Jurnal Le Figaro kitabdan bir neçə hissəni oxuculara təqdim edib.

Məqalədə bildirilir ki, Sarkozi kitabında həbsxana həyatının çətinliklərini təsvir edir. O, üç həftə boyunca süd məhsulları, göyərti, bar, mineral su, alma şirəsi və bəzi şirniyyatlarla qidalandığını, 23 saatını kamerada keçirdiyini və yalnız ziyarət üçün çıxış etdiyini yazır.

Sarkozi ön sözündə qeyd edib: “Mən hər gün kiçik bir taxta masa arxasında oturaraq qələmlə yazırdım. Vərəqləri vəkillərimə verirdim, onlar da öz növbəsində katibimə çatdırırdılar. Ara vermədən yazdım, buraxıldıqdan sonra isə yazılarımı öz adıma düzəltdim.”

Qeyd edək ki, 70 yaşlı Sarkozi 2007-2012-ci illərdə Fransanın prezidenti olub. Le Figaro əlavə edib ki, kitabdan bəzi şəxslər haqqında sərt ifadələr ehtiva edən hissələr çıxarılıb.

Chosen
42
veteninfo.az

1Sources