EN

Hitlerin kitabına görə SAXLANILDI

Rusiyalı vətəndaş Monqolustan sərhəd-keçid məntəqəsində qadağan olunmuş kitab aşkarlandığı üçün saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Federal Gömrük Xidməti məlumat yayıb.

Məlumata görə, gömrük əməkdaşları sürücünün avtomobilinin qapı cibində alman müəllif Henneke Kardelin “Adolf Hitler - İsrailin banisi” adlı kitabını tapıblar. Şəxs Monqolustana səfər etmək istəyərkən kitab gömrükçülərin diqqətini çəkib.

Sürücü izah edib ki, həmin kitabı beş il əvvəl alıb və onun tərkibində Avrasiya İqtisadi İttifaqının (Aİİ) gömrük sərhədindən keçirilməsi qadağan olunan məlumatların olduğunu bilməyib.

Aparılan ekspertiza nəşrdə ekstremist materialların mövcudluğunu təsdiqləyib. Bu səbəbdən kitabın ölkədən çıxarılması qadağandır. Faktla bağlı Rusiya İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsi (malların ixracında qadağa və məhdudiyyətlərin pozulması) üzrə inzibati iş açılıb. Şəxsi cərimə və kitabın müsadirəsi gözləyir.

Nuriyyə NATİQQIZI

Chosen
43
1
redaktor.az

2Sources