EN

“Biz dayanmaq istəmirik” Qurban Qurbanov

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

“Biz dayanmaq istəmirik” - Qurban Qurbanov

“Böyük futbolda böyük uğurlar əldə etmək üçün etdiyin bəs etmir. Biz dayanmaq istəmirik”

QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turunda Niderlandın “Ayaks” klubu ilə keçiriləcək oyundan öncə mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis matça hazırlıq üçün vaxtın az olduğunu vurğulayıb: 

“Qarşımızda qalib gəlmək istəyən bir komanda var. Onların hazırlıq proqramına nəzər salanda da görünür ki, bizə qarşı çox ciddi şəkildə hazırlaşıblar. Bakıya iki gün əvvəl gəliblər, fərqli meydançada məşq edəcəyik. Biz isə bu oyunda daha yaradıcı futbol sərgiləməyi arzulayırıq. Azarkeşləri sevindirməyə çalışacağıq.”

Mütəxəssis "Ayaks"ın 5 oyundan sonra xalsız olmasını "ən təhlükəli məqam" adlandırıb. O, Niderland mətbuatının "Qarabağ"ı üstün tərəf kimi görməsinə isə "Bir azərbaycanlı kimi buna ancaq sevinə bilərəm, deməli, illər ərzindəki nəticələrimizlə bunu haqq etmişik" -, deyə reaksiya verib.

Baş məşqçi "Benfika" üzərindəki qələbəni xatırladaraq mövsüm hədəflərinə çatdıqlarını, lakin bununla kifayətlənməyəcəklərini bildirib:

“Bəlkə də razılaşa bilərik ki, buna nail olmuşuq. “Benfika” üzərində qələbəni böyük yenilik kimi dəyərləndirdik və ardınca davamı gəldi. Ümumi götürdükdə, ilin nəticəsi çox yaxşıdır. Amma biz bununla kifayətlənmək fikrində deyilik. Şansımız varsa, daha irəli getmək istəyirik. Çünki böyük futbolda böyük uğurlar əldə etmək üçün etdiklərin heç vaxt yetərli olmur. Bu günə qədərki nəticələrdən tam razıyam, amma daha da böyük olmaq üçün yenə nəticə qazanmalı və davamlı irəliləməliyik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
28
7
qol.az

10Sources