EN

“Qarabağ”a qarşı yaxşı oyun göstərməyə çalışacağıq"

Niderlandın “Ayaks” klubunun qapıçısı Vitezslav Yaroş UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda “Qarabağ”la keçiriləcək oyun öncəsi Bakıdakı mətbuat konfransında fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, 24 yaşlı futbolçu “Ayaks”da çıxış etməkdən məmnun olduğunu bildirib:

“Bu klubda olduğum üçün xoşbəxtəm. Hər şey mənim üçün yaxşı gedir. Komandamız son matçlarda inkişaf edib. Bunu son iki oyuna əsasən deyə bilərəm. ‘Qarabağ’a qarşı yaxşı oyun göstərməyə çalışacağıq”.

Yaroş rəqib barədə də danışıb:

“‘Qarabağ’ın oyunlarını izləmişik. Onlara qarşı yaxşı oynamaq üçün əlimizdən gələni edəcəyik. Bizim öz oyun planımız var. Bu turnirdə uğur qazanmaq üçün komanda şəklində çalışmaq lazımdır”.

Qapıçı sabahkı oyunda maksimum səylə çıxış edəcəklərini vurğulayıb:

“Sizə söz verirəm ki, sabah əlimizdən gələni edəcəyik. Heç bir həyəcan yoxdur. Yaxşı oyun göstərməyə çalışacağıq. Ötən mövsüm ‘Ayaks’la qarşılaşmışdıq və məğlub olmuşduq. Bu dəfə fərqli ssenari olacaq”.

Futbolçu adının “Flamenqo” ilə hallanmasına da münasibət bildirib:

“Mətbuatda yayılan bütün xəbərlərə inanmaq məcburiyyətində deyilik. Hazırda bütün fikrim komandadadır”.

Qeyd edək ki, “Qarabağ” – “Ayaks” oyunu dekabrın 10-da saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Chosen
29
90deqiqe.az

1Sources