EN

Dövlət Komitəsinin 240 minlik tenderi ləğv edildi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Saatlı rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmiri ilə bağlı elan etdiyi tenderi ləğv edib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 239.996,03 manat idi.

Lakin tender satınalmada iştirak üçün tələb olunan sənədləri, təklif və təklifin təminatını təqdim edən, həmçinin lazımi lisenziyaya malik təchizatçıların sayının üçdən az olması səbəbilə (36.1.1) ləğv olunub.

Rəsmi açıqlamada bildirilib ki, ləğv etmə protokolu nəzarət orqanına təqdim edilib.

Chosen
101
nocomment.az

1Sources