EN

ABŞ-da universitetdə atışma olub, yaralananlar var

Vaşinqton, 10 dekabr, AZƏRTAC

ABŞ-ın Kentukki Dövlət Universitetində atışma olub. AZƏRTAC-ın məlumatına görə, universitetin yerləşdiyi Frankfort şəhər qubernatoru Endi Beşir atışmada çoxlu sayda insanın yaralandığını bildirib. Hadisədə şübhəli bilinən şəxs saxlanılıb.

İnsidentin digər detalları açıqlanmayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Chosen
96
1
azertag.az

3Sources