EN

Şəmkirdə ev yandı

Şəmkirdə yanğın olub.

NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb.

Belə ki, kənd sakininə məxsus evdə anidən yanğın olub.

Dərhal hadisə yerinə FHN yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.

70 kv metr olan evin 40 kv metri yanıb, yanğın söndürülüb.Yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki hadisə zamanı xəsarət alan olmayıb.

Fakt araşdırılır.

Chosen
30
nocomment.az

1Sources