EN

Tramp Rusiyanı qalib tərəf hesab edir

ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

“Ukrayna prezidenti Vladimir Zelenski artıq məğlub olur və irəli sürülən şərtləri mütləq qəbul etməlidir”.

Reyting.az xəbər verir ki, bunu “Politico” nəşrinə müsahibəsində ABŞ prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, Ukrayna son illər daha çox ərazi itirib və hazırda danışıqlarda üstün mövqe Rusiyaya məxsusdur.

ABŞ prezidenti Ukrayna xalqının və ordusunun cəsarətini yüksək qiymətləndirsə də, əlavə edib ki, “adətən gücə sahib olan tərəf qalib gəlir”. Bununla da Ağ ev sahibi Rusiyanın artıq qalib gəldiyi mesajını verib.

Tramp daha sonra iddia edib ki, bu, “onun yox, Baydenin müharibəsidir”. O, Zelenskini “əla alverçi” adlandıraraq Ukrayna dövlət başçısının ABŞ-dan böyük maliyyə dəstəyi almasına işarə edib.

Tramp bildirib ki, Ukraynada seçkilərin keçirilməsinin vaxtıdır və hazırkı vəziyyət demokratik prinsiplərə uyğun deyil.

O, təkrar edib ki, həmin dövrdə prezident olsaydı, bu müharibə başlamazdı.

Tramp, həmçinin, Ukraynanın bu vəziyyətə düşməsində Amerikanın iki keçmiş prezidentini - Barak Obama və Co Baydeni - ittiham edib.

Xatırladaq ki, Tramp administrasiyası Ukrayna prezidenti Zelenskinin Vaşinqtonun sülh planına Milad bayramına qədər cavab verməsini gözləyir.

Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
64
reyting.az

1Sources