EN

Tərtərdə narkotik satan şəxs həbs edildi

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Natiq Mustafayev saxlanılıb.

"Unikal" xəbər verir ki, N.Mustafayevin rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyən edilib. Onun üzərindən satış məqsədi ilə əldə etdiyi marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, N.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
62
21
unikal.az

10Sources