EN

Aysun qızını göstərirdi: Arxa fon müzakirə yaratdı

Evinin içindən qızının görüntülərini paylaşan müğənni Aysun İsmayılovanın spirtli içkiləri diqqətdən yayınmayıb.

Publika.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda ifaçının qızı ilə bağlı paylaşımı istifadəçilər arasında maraq doğursa da, kadrlarda arxa fonda görünən alkoqol kolleksiyası daha çox müzakirə olunub.

İzləyicilər Aysun İsmayılovanın ev şəraitində çəkdiyi görüntülərdə masa üzərində və rəflərdə yer alan müxtəlif markalı içkilərin açıq şəkildə görünməsinə diqqət çəkiblər.

Bu detal sosial mediada fikir ayrılığı yaradıb. Bəzi istifadəçilər bunu ifaçının şəxsi həyatı kimi qiymətləndirsə də, digərləri ailə və uşaq görüntüləri ilə yanaşı alkoqolun görünməsini uyğun hesab etməyib. Paylaşım qısa zamanda müxtəlif platformalarda geniş müzakirələrə səbəb olaraq gündəmə çevrilib.

Chosen
20
publika.az

1Sources