EN

Bu gün sənaye təhlükəsizliyi yalnız texniki məsələ deyil - Vüsal Ağayev

Bakı. Trend:

Rəqəmsal transformasiya, süni intellektin sürətli inkişafı,qlobal təchizat zəncirlərinin yenidən formalaşması və iqlimfaktorlarının təsiri sənaye mühitində risklərin strukturunutamamilə yenidən yazır.

Trend xəbərverir ki, bu fikirləri bu gün Sənayedə İşlərin Təhlükəsiz Görülməsivə Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev Bakıdakeçirilən Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan SənayeTəhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə IIISənaye Təhlükəsizliyi Zirvəsində çıxışı zamanı deyib.

O bildirib ki, reallıq bizdən daha çevik, daha qabaqcıl və dahaməsuliyyətli qərarlar tələb edir.

“Bu gün sənaye təhlükəsizliyi yalnız texniki məsələ deyil. Bu,milli təhlükəsizliyin, sabitliyin, dayanıqlığın və ən əsası – insanhəyatının qorunmasının əsas sütunlarından biridir. Prezident İlhamƏliyev tərəfindən müəyyən edilmiş strateji kurs ölkədətəhlükəsizlik mədəniyyətinin yüksəldilməsini, risklərin minimumaendirilməsini və innovasiya yönümlü idarəetmənin gücləndirilməsiniprioritet kimi müəyyən edir. Fövqəladə Hallar Nazirliyi bu kursuardıcıl, kompleks və proaktiv şəkildə həyata keçirir”.

V. Ağayev qeyd edib ki, innovativ monitorinq qurğuları, süniintellektə əsaslanan risk analizləri, avtomatlaşdırılmış istehsalprosesləri – bütün bunlar sənayenin gələcəyini müəyyənləşdirən əsasdayaqlardır.

“Bu transformasiyanın uğuru isə yalnız bir yolla mümkündür –dövlət və özəl sektorun güclü, səmərəli və etibarlı tərəfdaşlığıvasitəsilə. Bu baxımdan Azərbaycan Sənaye TəhlükəsizliyiAssosiasiyasının fəaliyyəti və təşəbbüsləri ekosistemin davamlıinkişafı üçün xüsusi əhəmiyyət daşıyır.

Qarşıdakı illərdə qarşımızda böyük və iddialı hədəflər dayanır:təhlükəsizlik standartlarının beynəlxalq tələblərə uyğunyenilənməsi, yüksək ixtisaslı kadr potensialının gücləndirilməsi,rəqəmsal nəzarət infrastrukturunun genişləndirilməsi və – ən vacibi– təhlükəsiz davranış mədəniyyətinin cəmiyyətin bütün təbəqələrindəmöhkəmləndirilməsi”,- deyə o əlavə edib.

Məqalədə:
Chosen
10
2
az.trend.az

3Sources