EN

Azərbaycan regionun ən təhlükəsiz sənaye mühitinə sahib ölkə kimi mövqeyini daha da gücləndirəcək

BAKI, 10 dekabr. TELEQRAF

Azərbaycan yaxın illərdə regionun ən təhlükəsiz sənaye mühitinə sahib ölkə kimi öz mövqeyini daha da gücləndirəcək.

Teleqraf xəbər verir ki, bu barədə Bakıda keçirilən III Sənaye Təhlükəsizliyi Zirvəsində Sənəyedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev deyib.

Onun sözlərinə görə, bu mənada qarşıdakı illərdə böyük və iddialı hədəflər var:

“Bunlar təhlükəssizlik standartlarının beynəlxalq tələblərə uyğun yenilənməsi, peşəkar kadr potensialının gücləndirilməsi, rəqəmsal nəzarət infrastrukturunun genişləndirilməsi və ən vacibi, təhlükəsiz davranış mədəniyyətinin cəmiyyətinin bütün qatlarında möhkəmləndirilməsidir.

Rəqəmsal transformasiya, süni intellektin sürətli inkişafı, qlobal təchizat zəncirlərinin yenidən formalaşması və iqlim faktorlarının təsiri sənaye mühitində risklərin strukturunu tamamilə yenidən yazır. Bu reallıq bizdən daha çevik, daha qabaqcıl və daha məsuliyyətli qərarlar tələb edir.

Bugün sanaye təhlükəsliyə artıq yalnız texniki məsələ deyil. Milli təhlükəsizlik insan həyatının qorunmasının əsas sütunlarından biridir. Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş stratejik kurs ölkədə təhlükəsizlik mədəniyyətinin yüksəldilməsi, riskləri minimima endirilməsi və innovasiya yönümlü idarə etməyin gücləndirilməsini prioritet kimi müəyyən edir və Fövqəladə Hallar Nazirliyi bu kursu ardıcıl, kompleks və proaktiv şəkildə həyata keçirir.

Yeni dövrün təhlükəsizlik modeli rəqəmsal, öncədən xəbərdarlığa əsaslanan və real vaxta reaksiya verən sistemlərdən ibarətdir.

İnnovativ monitorinq qurğuları, süni-intellekt, əsaslı risk analizləri, avtomatlaşdırılmış istehsal prosesləri - bütün bunlar sənayenin gələcəyini müəyyənləşdirən əsas dayaqlardır. Bu transformasiyanın uğurh isə yalnız bir formada mümkündür – dövlət və özəl sektorun güclü, səmərəli və etibarlı tərəfdaşlığı”.

Chosen
18
2
teleqraf.com

3Sources