EN

"“Qarabağ”dan üç xal gözləyirik”

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində bu axşam “Qarabağ” - “Ayaks” oyunu keçiriləcək.

Redaktor.az-a danışan idman jurnalisti Ağa Dadaşzadə hesab edir ki, çox gərgin qarşılaşma olacaq.

“Bunu “Qarabağ”ın növbəti mərhələ taleyini həll edəcək bir qarşılaşma kimi dəyərləndirirəm. Düzdür, bütün proqnozlar, bütün statistikalar hazırda “Qarabağ”ın xeyrinədir, amma düşünmək lazımdır ki, “Ayaks” Hollandiya təmsilçisidir. Bu gün “Ayaks” yaxşı günlər yaşamaya bilər. “Ayaks” “Qarabağ”a ən azı üç xal gözü ilə baxır, bunu da dəyərləndirmək lazımdır. Hazırkı vəziyyətdə, bəli, “Qarabağ”ın şansları böyükdür. Biz “Qarabağ”dan üç xal gözləyirik. Amma “Ayaks”dan da sürpriz gözləyə bilərik", - deyə o bildirdi. 

Aytəkin TOFİQQIZI

Chosen
88
1
redaktor.az

2Sources