EN

AMB uçot dərəcəsini azaldıb

Bakı. Trend:

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarıilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb.Uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faizdəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilib.

Trend bu barədəMərkəzi Banka istinaden xeber verir.

Faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki vəproqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) iləuzlaşması, qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı mövcudvəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasətiqərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsasgötürülüb.

Hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya uyğunhərəkət edir və hədəf daxilindədir. 2025-ci ilin oktyabrında 12aylıq inflyasiya 5.9% təşkil edib. İllik qiymət artımı qidaməhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 8.2%,ödənişli xidmətlər üzrə 5.6%, qeyri-qida məhsulları üzrə isə 2.5%təşkil edib. İllik baza inflyasiya 5% olub. Faktiki inflyasiyabaşlıca olaraq xarici və daxili xərc amillərindən təsirlənir.

Cari ildə valyuta bazarında təklif tələbi üstələdiyi üçün buradaümumilikdə vəziyyət stabildir. 2025-ci ilin yanvar-noyabr aylarındamübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını393 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərinəmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2.1 faiz bəndiazalaraq noyabrda 29%-ə enməsi məzənnə ilə bağlı gözləntilərinnikbin olduğunu göstərir. Bu şəraitdə 2025-ci ilin 11 ayındaMərkəzi Bankın valyuta ehtiyatları 4.3% artaraq 11.4 mlrd. ABŞdollarına çatıb.

Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektorgöstəriciləri əlverişli olaraq qalır. 9 ayda tədiyə balansının cariəməliyyatlar balansında (CƏB) 3 mlrd. ABŞ dolları və ya ÜDM-in5.4%-i məbləğində profisit formalaşıb. CƏB-in profisiti əsasənxarici ticarət və təkrar gəlirlər balanslarının profisitindən irəligəlib. Təkrar gəlirlər balansının əsas komponenti olan pulbaratları üzrə xalis daxilolmaların dinamikası ötən ilə nəzərənmüsbətdir. Mərkəzi Bankın 2025 və 2026-cı illərin sonuna cariəməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnozudəyişməz qalır.

Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər vəbank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilir.Maliyyə Nazirliyinin depozit hərraclarının davam etməsi banksistemində likvidliyə artırıcı təsir göstərməkdə davam edir. Ötəniclasdan bəri təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faizdəhlizi daxilində, uçot dərəcəsinə yaxın hərəkət edib. AZIRindeksinin orta günlük səviyyəsi oktyabrda 6.89%, noyabrda 6.91%,dekabrın ötən dövründə isə 6.94% olub. Mərkəzi Bank əsasən 1həftəlik açıq bazar əməliyyatları ilə pul siyasətindən kənaramillərin AZIR-ə təsirini minimallaşdırıb. Ötən iclasdan bərigəlirlilik əyrisində və Mərkəzi Bankın notları üzrə gəlirlilikdəazalmalar baş verib. Ötən iclasdan sonra depozit və kreditfaizlərində əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb.

Baza ssenariyə əsasən, 2025-ci ilin sonuna və 2026-cı ildə illikinflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır. Sonmeyillərin təhlili növbəti ilə inflyasiya proqnozunun azalmaistiqamətində dəyişdirilməsi ehtimalının olduğunu göstərir.

Ötən iclasdan bəri inflyasiya riskləri balansında baş verəndəyişikliklərin təhlili artırıcı risklərin nisbətən səngidiyinigöstərir. Bununla belə, geosiyasi gərginliklər və qlobal ticarətmühitindəki qeyri-sabitlik əmtəə və maliyyə bazarları ilə bağlıqeyri-müəyyənlikləri hələ də yüksək səviyyədə saxlayır. Əsas xaricirisk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi iləbağlıdır. Bu risk ticarət tərəfdaşlarında inflyasiya prosesləri vənominal effektiv məzənnənin dinamikasından asılı olacaqdır. Daxilirisk faktorları isə əsasən təklif – xərc amilləri hesabınaformalaşmaqdadır. 2026-cı ilə dövlət büdcəsinin ilkin parametrlərivə kredit qoyuluşlarının illik artım tempinin səngiməsi məcmutələbin izafi artımı riskini azaldır.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz vəfaktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərinyenilənmiş nəticələri əsasında veriləcəkdir. Mərkəzi Bank bundansonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütünvasitələrdən istifadə edəcəkdir.

Bu qərar 11 dekabr 2025-ci il tarixindən qüvvəyə minir.

Faiz dəhlizinin parametrləri ilə bağlı qәrarların 2026-cı ilüzrə ictimaiyyətə açıqlanması qrafiki ilin sonunadəkyayımlanacaqdır.

Chosen
98
7
az.trend.az

10Sources