Bakı. Trend:
Azərbaycanda dekabrın 11-nə gözlənilən hava proqnozuaçıqlanıb.
Trend bu barədə Milli HidrometeorologiyaXidmətinə istinadən məlumat verir.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdəfasilələrlə yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrıyerlərində yağışın leysan xarakterli olacağı ehtimalı var.Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9, gündüz 10-12 dərəcə isti olacaq.Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununayüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 70-75% təşkiledəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı,dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdəyağıntının leysan xarakterli olacağı ehtimalı var. Səhər yağıntılartədricən kəsiləcək. Gündüz əksər rayonlarda əsasən yağmursuzkeçəcək. bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7, gündüz 9-14 dərəcə isti, dağlardagecə 0-5 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq.