EN

20 yanvardakı tunel əslində rəngli imiş Vətəndaş şampunla yudu əsl rəngi üzə çıxdı VİDEO

ain.az, Milli.az saytına istinadən bildirir.

Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində yerləşən avtomobil tuneli ("Şamaxinka tuneli") əslində rəngli imiş.

Milli.Az xəbər verir ki, ötən illər ərzində tunelin divarları çirkdən rəngini tam dəyişib.

Belə ki, 20 yanvar metrostansiyasının yaxınlığındakı ərazidə kimyəvi təmizlik vasitəsini test edən şəxs tunelin divarlarını yuyarkən divarların rəngli olduğunu görüb.

Qeyd edək ki, "Şamaxinka tuneli" 2007-ci ildə istifadəyə verilib. Tunellərin və tuneldaxili yol elementlərinin təmizlənməsi işləri isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılır.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
51
2
news.milli.az

10Sources