EN

Dünyanın ən bahalı “McLaren F1” avtomobili satıldı


“RM Sotheby's” hərrac evi qeyri-adi “McLaren F1” superkarının satışını yekunlaşdırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “CarBuzz” portalı məlumat yayıb.
Portalın məlumatına görə, yenidən qurulmuş səkkiz nümunədən biri olan avtomobil 25 milyon 317 min 500 dollara satılıb.
Bu məbləğ superkar üçün yeni dünya rekordu olub. Əvvəlki rekord 2021-ci ildə 20 milyon 465 min dollar olub.
Avtomobilin ilk sahibi Bruneyin kral ailəsi olub. O vaxtdan bəri avtomobil “McLaren”in direktorlarından biri də daxil olmaqla bir neçə dəfə satılıb.
1997-ci ildə “Formula-1” əfsanəsi Mixael Şumaxer avtomobilin qapısına öz imzasını atıb.
Bundan başqa, avtomobilin üzərinə yeddiqat “Formula 1” çempionu Luis Hamilton da imzas var.
“McLaren F1” təxminən 22 min kilometrdən bir qədər çox məsafə qət edib.


Chosen
23
1
yeniavaz.com

3Sources