EN

Yaxın gələcəkdə Azərbaycanda 500 Mbit/s və daha yüksəksürətli internetin təmin olunması planlaşdırılır

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yaxın gələcəkdə Azərbaycanda 10G və 50G PON texnologiyalarının tətbiqi ilə həm ev, həm də biznes istifadəçiləri üçün 500 Mbit/s və daha yüksək sürətli internetin təmin olunması planlaşdırılır.

Bu barədə "AZCON Holdingin" şirkətlərindən olan “Aztelekom” MMC-dən verilən məlumatda bildirilib.

“Şirkət “Onlayn Azərbaycan” meqalayihəsinin əsas operatorlarından biri kimi ölkədə sabit və yüksəksürətli internetin təminatında mühüm rol oynayıb. Layihə çərçivəsində sabit internetə çıxışı olan təsərrüfatların sayı son illərdə 13 dəfə artaraq 3 milyona çatıb və ölkə üzrə tam əhatə təmin edilib. Yaxın gələcəkdə isə “Aztelekom” ölkədə daha yüksəksürətli internetin təmin olunmasını planlaşdırır. Bu addım ölkənin rəqəmsal transformasiyasına töhfə verəcək və ümummilli səviyyədə ultrasürətli, sabit bağlantıların yaradılmasına imkan verəcək”, - deyə məlumatda qeyd olunub.(azərtac)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
49
5
bizimyol.info

6Sources