EN

İqtisadi əməkdaşlıq Azərbaycanla tərəfdaşlığın əsas elementidir - Fergus Auld

İqtisadi əməkdaşlıq Böyük Britaniya və Azərbaycan arasında strateji tərəfdaşlığın əsas elementidir.

Missiya.Az xəbər verir ki, bunu Böyük Britaniyanın Bakıdakı səfiri Fergus Auld Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan üzrə ticarət elçisi Lord Olderdaysla görüşünün yekunu ilə bağlı "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Keçən həftə müdafiə əməkdaşlığı ilə bağlı Prezident İlham Əliyevlə son görüşümüzdən sonra iqtisadi imkanları müzakirə etmək üçün Böyük Britaniyanın Azərbaycandakı ticarət nümayəndəsini müşayiət etməkdən məmnunam", - diplomat yazıb.

İqtisadi tərəfdaşlıq 🇬🇧-🇦🇿 strateji tərəfdaşlığının mərkəzindədir. Keçən həftə müdafiə əməkdaşlığı ilə bağlı @PresidentAz ilə son görüşümüzdən sonra, iqtisadi imkanları müzakirə etmək üçün 🇬🇧-nın ticarət elçisi @AlderdiceLord-ı @PresidentAz ilə görüşdə müşayiət etməkdən məmnunam. pic.twitter.com/tlK6FEdXcT

— FergusAuldFCDO (@FergusAuldFCDO) December 10, 2025

Chosen
11
2
missiya.az

3Sources