EN

Məşhur şirkət problemlə üzləşib

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Trampın qərarı ilə "Nvidia H200" çiplərinin Çinə ixracına icazə verilsə də, Pekin yerli şirkətlərin bu çiplərə çıxışını məhdudlaşdırmaq istəyir.

Reyting.az xəbər verir ki, "Financial Times" nəşrinin yazdığına görə, Çinin siyasi elitası müxtəlif tənzimləyici vasitələrlə ümumiyyətlə, ABŞ texnologiyalarından, xüsusilə də "NVIDIA" məhsullarından istifadəyə qarşı çıxmaqla, bu əlaqələrə mane olur.

Nəşr qeyd edib ki, artıq rəsmi Pekin bu sahədə çox ciddi tədbirlər görməkdə qərarlıdır. Məhz bu səbəbdən də Çin tələsmək istəyir.

Son məlumata görə, hazırda Çin ABŞ istehsalı olan "H200" qabaqcıl süni intellekt sürətləndiricilərinə, eləcə də digər bu cür texnoloji məhsullara girişin tam məhdudlaşdırılması ilə əlaqədar təcili müzakirələrə başlayıb.

Bununla belə, analitiklər prezident Trampın bu qərarının "NVIDIA"-nın Çindəki biznesinə böyük təsir etməyəcəyini bildirir, səbəb kimi digər məhsullar, yəni keyfiyyətli çip xətləri - "Blackwell", "Rubin" üçün də icazə tələb olunduğunu göstərirlər.

Bu arada iki ABŞ vətəndaşının "NVIDIA" sürətləndiricilərinin Amerika ərazisindən Çinə qanunsuz yolla göndərilməsi ilə bağlı həbs edildiyi barədə məlumat yayılıb. Bəzi ekspertlərin fikrincə, qadağalar şirkətə çox mənfi təsir göstərə və çiplər "qara bazar"a çıxırıla bilər.

Bu xəbərlər fonunda "NVIDIA"-nın səhmləri artım tempini zəiflədib və nəticədə 2 faiz yüksəlişdən sonra artım gözlənilmədən 0,6 faizə düşüb.

"Financial Times" nəşri xatırladıb ki, bu şirkətin səhmləri ilin əvvəlindən təxminən 40 faiz dəyər qazanmışdı.

Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
36
reyting.az

1Sources