EN

“Real”ın müdafiəçisi komandadan ayrılır

“Real”ın müdafiəçisi David Alaba cari mövsümün sonunda komandadan ayrılacaq.

İdmanxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı avstriyalı futbolçu 2026 yayına qədər olan müqaviləsini uzatmaq niyyətində deyil.

2021-ci ildən Madrid təmsilçisində çıxış edən Alaba bu mövsüm zədələr səbəbindən cəmi 4 oyunda meydana çıxıb və hazırda bərpa prosesini davam etdirir.

Chosen
7
idmanxeber.az

1Sources