Bakı, 10 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “AMEA-nın 80 illik yubiley tədbirində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı və qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masa keçirilib.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.
Tədbiri açan filialın direktoru dosent Vurğun Məmmədov Azərbaycan Prezidentinin AMEA-nın yubiley tədbirində çıxışı zamanı Azərbaycan dilinin, tarixinin inkişafına xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd etdiyini, alimlər qarşısında vəzifələr müəyyənləşdirdiyini vurğulayıb.
Dəyirmi masada “Müasir dünyada elm: texniki və texnoloji tərəqqinin inkişaf tendensiyaları”, “Azərbaycan dilinin saflığının qorunması milli vəzifədir”, “Azərbaycan alimlərinin dünya elminə töhfələri”, “Azərbaycan tarixinin tədqiqi və təbliğində yeni mərhələ”, “Qərbi Azərbaycana qayıdış: tarixi saxtakarlıqlardan müasirlik çağırışlarına doğru” mövzularında məruzələr dinlənilib və müzakirələr aparılıb.